AQRO

10 Aprel

Qaxın təsərrüfatlarında 1500 hektaradək sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır

Cari ildə Qax rayonunun təsərrüfatlarında 1500 hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır. Bir neçə gündür rayonun Güllük, Qorağan, Qaşqaçay kəndlərinin ərazilərindəki təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 55 hektar sahəyə qarğıdalı toxumu səpiblər.

Bu barədə Fins.az AZƏRTAC-a istinadən xəbər verir.

Qurum rəsmisi bildirib ki, fermerlər əkin zamanı xaricdə istehsal olunan “Dekalp”, “Pioner” və digər yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər.

Qeyd edək ki, ötən il Qax rayonunun torpaq mülkiyyətçiləri dən üçün qarğıdalı əkilmiş 1556 hektar sahədən 13 min 573 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 87,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1714 ton artıb.