AQRO

13 Mart

Beyləqanda 18 min 134 hektarda taxıl becərilir

Beyləqan rayonunda 2023-cü ilin məhsulu üçün 18 min 134 hektar sahədə taxıl əkilib.

Bu barədə Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, taxıl əkinlərinin 15 min 944 hektarı buğda, 2190 hektarı arpa əkini sahələridir.

Hazırda rayonda taxıl əkinlərinin becərilməsi müvəffəqiyyətlə həyata keçirilir. Fermerlər əkin sahəsindən bol məhsul götürmək üçün vegetasiya suvarması və yemləməmə gübrələrinin verilməsi kimi işləri aqrotexniki qaydada aparırlar.

Qeyd edək ki, Beyləqan rayonunda ötən ilin məhsulu üçün 11 min 231 hektarı buğda, 1887,8 hektarı arpa olmaqla, 13 min 118,8 hektar sahədə taxıl becərilib, zəmilərdən 49 min 510 ton məhsul əldə edilib.