AQRO

01 Dekabr

Qarabağda fındıq ağaclarının əkilməsinə başlanılıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fındıq ağaclarının əkilməsinə başlanılıb.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

“Nazirlik işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi səlahiyyətinə malikdir. Bu, həm də həmin ərazilərdə torpaqların idarə edilməsi deməkdir. O baxımdan da bizim üçün o ərazilərdə potensialın müəyyən edilməsi vacib idi. Biz "Azərkosmos"la birlikdə potensial sifariş əsasında fındıq əkinləri üçün 4 500 hektar ərazi müəyyən etdik. Sevindirici haldır ki, artıq ora fermerlər cəlb etmişik və onlar fındıq əkinlərini həyata keçirməyə başlayıblar. Fındıq yüksəklik tələb edir. Əsasən Xocavənd, Zəngilan və Qubadlı rayonlarının ərazisində fındıq əkinləri nəzərədə tutulub”, - deyə o qeyd edib.