“Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvənin ixracını getdikcə artırır”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə Aqrar Subsidiya Şurasının bu gün elan edilmiş qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər meyvə ixracında artım 70% təşkil edəcək.
“Bugünkü qərarla meyvə bağlarına subsidiyaların verilməsi Azərbaycanın ixrac potensialını daha da artırmağa xidmət edir”, - o bildirib.