AQRO

13 Avqust

Azərbaycan pomidor ixracını 24% azaldıb

Azərbaycan 2021-ci ilin I yarısında 113,837 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 23,6% azdır.

İxrac edilmiş pomidorun dəyəri $123 milyon 588,44 min (azalma 23,9%) təşkil edir.

Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-iyun aylarında Rusiyaya $121 milyon 595,63 min dəyərində 109 min 705,99 ton pomidor (bütün ixracın 96,4%-i – İF) ixrac olunub. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 24,9%, dəyər ifadəsində 24,6% azalıb.

Fins.az vakansiyalar

Azərbaycan 2020-ci ildə 187,539 min ton pomidor ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur. İxrac edilmiş pomidorun ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edib.

Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.