AQRO

10 Avqust

Nazirlik açıqladı: kiber hücuma məruz qaldı

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin rəsmi domenləri kiberhücumlara məruz qalıb.

Fins.az "Sözcü"yə istinadla xəbər verir ki, bu barədə qardaş ölkənin adıçəkilən nazirliyi məlumat yayıb. Nazirlik məsələnin araşdırılması üçün artıq hüquq-mühafizə orqanlarına məlumat verilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bildirilib ki, dərhal nazirliyin domenlərinin kiber hücumlara qarşı müdafiə sistemləri dövriyyəyə girib və müdaxilələrə qarşı "zireh" formalaşdırılıb. Hətta prezident Aparatının kiber mühafizə sistemi də nazirliyin əməkdaşlarına yardımçı olublar.

Hadisənin hansı kiberqruplaşma tərəfindən gerçəkləşdirildiyi araşdırılır.