AQRO

04 Avqust

İsmayıllıda indiyədək 2 min ton kartof yığılıb

İsmayıllı rayonunda kartof yığımı davam edir və indiyədək sahələrdən 2 min ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, İsmayıllıda cari mövsümdə 976 hektarda kartof yetişdirilib. May ayından etibarən bölgənin cənub ərazilərindən başlayaraq məhsul yığımına başlanıb. Hazırda hər gün sahələrə 60-70 nəfər işçi qüvvəsi çıxır. Mütəxəssislər builki mövsümdə rayonda 15 min tondan çox kartof istehsal olunacağını proqnozlaşdırırlar ki, bu da ötənilki göstəricidən 500 ton çoxdur.

Qeyd edək ki, cari ildə kartof əkininin 315 hektarı sənaye üsulu ilə aparılıb. Hazırda bu sahələrdə də məhsul yığılır və hər hektardan 40 tondan çox kartof götürülüb ki, bu da ənənəvi üsulla əkilib-becərilən ərazilərdən əldə olunan məhsuldan iki dəfə çoxdur. Sənaye üsulu ilə əkin bu il də Talıstan, Diyallı kənd, İsmayıllı şəhər inzibati ərazi dairələrində aparılıb.