ərdab rayonunda son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə yaxşılaşdırılmasına diqqət artıb.
Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, təkcə cari yarımillikdə 2110 baş inək və düyə süni mayalandırılıb, 1234 baş cinsi yaxşılaşdırılan, daha məhsuldar buzov alınıb.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, təbi ki, məhsul istehsalının artımına da öz təsirini göstərir. Buna görə də bölgədə ət və süd istehsalı ildən-ilə artır. İlin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2 sentner, süd istehsalı isə 27 sentner çoxalıb.
Qeyd edək ki, heyvandarlıq Zərdabda aqrar sektorun əsas sahələrindəndir. Hazırda fermerlər və fiziki şəxslər tərəfindən 54848 baş iribuynuzlu mal-qara, habelə 114989 baş davar bəslənilir