AQRO

04 Avqust

“Məşğulluq marafonu” çərçivəsində 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı “Aqroservis” ASC-də işlə təmin olunub

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “Məşğulluq marafonu”nda aktiv iştirak edir. “Aqroservis ASC” tərəfindən “Məşğulluq marafonu” çərçivəsində 10 nəfər şəhid ailəsi üzvü və müharbə iştirakçısını işlə təmin edilib.

Cəmiyyətin vakant elan etdiyi 32 vəzifə üzrə 10 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı “Aqroservis”in Şəki, Ağcabədi, Yevlax, Bərdə, Şəmkir, Xaşmaz regional nümayəndəliklərinin rayon bölmələrində və qurumun təsərrüfat sektorunda operator, iqtisadçı, sürücü və digər işlərlə təmin olunublar. Şəhid ailələri və müharibə iştirakçılarının vakant yerlər üzlə işlə təmin olunması davam etdiriləcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulublar. Aksiyanın məqsədi torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatlarda canından keçən şəhidlərimizin və müharibə iştirakçılarının işlə təmin olunmasına yardım etməkdir.

“Aqroservis” ASC ilə yanaşı, digər tabeli qurumlar da bu çağırışlara həssaslıq nümayiş etdirərək qeyd olunan kateqoriyadan olan vətəndaşların işlə təmin olunması istiqamətində addımlar atırlar.