Göyçay rayonunun tez yetişən meyvə bağlarında məhsul yığımı davam edir.
Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, indiyədək hüquqi və fiziki şəxslərə məxsus bağlardan 3950 ton alça, 420 ton gilas, 212 ton şaftalı, 171 ton ərik, 104 ton albalı, habelə 57 ton armud, 8,5 ton limon yığılıb. Yığılan məhsullar birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, meyvəçilik Göyçayda əhalinin məşğul olduğu əsas təsərrüfat sahələrindəndir. Hazırda bölgədə bar verən 3370,4 hektar nar, 1887,7 hektar xurma, 270,4 hektar alça, 189,5 hektar heyva və sair bağlar vardır. Ümumiyyətlə, Göyçayda 24 addan çox meyvə və giləmeyvə yetişdirilir.