AQRO

23 İyul

İrandan idxal edilən halva məhsulu yararsız çıxıb

İrandan ölkəmizə idxal edilən halva məhsulunun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, "AGROSTAR COMPANY" MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında kif və maya göbələkləri aşkar edilib.

Agentlik tərəfindən ümumi çəkisi 240 kq olan halva məhsulu partiyası istifadəyə yararsız hesab edilib və məhsulun satış şəbəkəsinə daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlər görülüb.