AQRO

15 İyul

İslahat həyata keçirilməmiş ərazilərdə torpaqlardan müvəqqəti istifadə mexanizmi formalaşdırılacaq

Torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan fərqlərlə bağlı tədbirlər görüləcək

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” fərmanda əksini 

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi beş ay müddətində torpaq islahatı zamanı vətəndaşlara verilmiş pay torpaqlarına dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görəcək və nətic