AQRO

15 İyul

Yasamalda beş qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Bu barədə Fins.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə A keçidinin kəsişməsində yerləşən, fiziki şəxs Muradov Zakir Vəlixan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, bina 7 ünvanında yerləşən, fiziki şəxs Əliyarov İsrayıl Kamran oğluna məxsus heyvan kəsimi məntəqəsi.

4. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 59 ünvanında yerləşən, fiziki şəxs Həşimov Hacıbala Mikayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 16 ünvanında yerləşən, fiziki şəxs Qafarov Rəfail Rafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.