Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 4 370,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,6% çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 8,9 % artaraq 2 216,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,4 % artaraq 2 153,7 milyon manat olub.