Azərbaycan 2021-ci ildə qoyun idxalını kəskin azaldıb, keçiləri isə tam dayandırıb.
Fins.az xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində xaricdən Azərbaycana 17 160 baş diri qoyun idxal edib ki, bu da cəmi 1.43 milyon ABŞ dolları həcmində idxal dəyəridir.
İdxal edilmiş qoyunların sayı öncəki illə müqayisədə 19 665 baş az (53.4%) olması deməkdir.
Qoyunların 12 370 başı Rusiyadan, 2 920 başı Gürcüstandan, 1 450 başı Qazaxıstandan və 420 başı Türkiyədən idxal edilib.
Öncəki ildə 541 ədəd keçi idxal edilsə də ( dəyəri: 258.33 min ABŞ dolları), bu il idxal tam dayanıb.
© Banker