Azərbaycan Türkiyədən olan aqronom və baytar həkimlərini işlə təmin edəcək.
Bu, iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunda və Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında öz əksini tapıb.
Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə tərəfdən isə Kənd Təsərrüfatı və Meşə Nazirliyi həyata keçirəcək.