AQRO

06 İyul

Agentlik daha 7 müəssisədə qanun pozuntusu aşkarladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 5-də ölkə üzrə 424 ictimai iaşə obyektində 702 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər pr. 26A ünvanında yerləşən, hüquqi şəxs "Bon Appetit" MMC-yə məxsus kafe;

Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5b ünvanında yerləşən, fiziki şəxs‎ Məmədov Cəmaləddin Elxan oğluna restoran;

Bakı şəhəri, Səbail ‎rayonu, Dəniz Mall t/m-də yerləşən, hüquqi şəxs "GFC" MMC-yə məxsus restoran;

Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehtiyev küçəsi 81a ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus “Quzu Qabırğası” kafesi;

Bakı şəhəri, Nizami rayonu, Xarici dairəvi yolunda yerləşən, fiziki şəxs Cahangirov Ruslan Həmid oğluna məxsus “Səhər Mehi” restoranı;‎

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., H. Z. Tağıyev küç., ev 122 ünvanında yerləşən, fiziki şəxs Yusibov Ceyhun Adil oğluna məxsus restoran;

Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 29‎ ünvanında yerləşən, fiziki şəxs Rəhimov Oqtay Emin oğluna məxsus “Peçat” dönər evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.