AQRO

02 İyul

Azərbaycan 2020-ci ildə Moskvadan qida məhsullarının əsas idxalçılarından biri olub

2020-ci ildə Moskvadan Azərbaycana aqrosənaye məhsullarının ixracı təxminən 82 milyon dollar təşkil edib, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 6 faiz daha çoxdur. Eyni zamanda, 2020-ci ilin yekunları üzrə Moskvanın Azərbaycana qeyri-xammal və qeyri-enerji ixracatının ümumi həcmi 360 milyon dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, bunu Moskva şəhərinn merinin iqtisadi siyasət və mülk-torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov deyib.

V.Yefimov bildirib: "Rusiya Azərbaycana şokolad və şəkərdən hazırlanan qənnadı məhsullarının əsas ixracatçısıdır. 2019-cu ildə bu kateqoriyalar üzrə ixracın həcmi müvafiq olaraq 46 və 12,5 milyon dollardan çox olub. Eyni zamanda, biz kolbasa və hazır ət məhsulları ixracatında liderik - keçən il bu məhsullar üzrə ümumi ixrac həcmi 14,5 milyon dollar təşkil edib".

İnkişaf etməkdə olan istiqaməti dəstəkləmək üçün "Mosprom" İxracata Dəstək Mərkəzi Moskva şirkətlərinin 10-12 iyun tarixlərində Bakıda təşkil olunan qida sərgisində iştirakını təşkil etmişdi.