AQRO

01 İyul

Ağdaşda cari mövsümdə 49 min tondan çox taxıl istehsal olunub

Ağdaş rayonunda taxıl biçini kampaniyası başa çatıb. Builki mövsümdə zəmilərdən 49 min 308 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün 17 min 83 hektar sahədə taxıl yetişdirilmişdi. İstehsal olunan məhsul ötən ildəkindən 4724,8 ton çox olub. Hər hektarda orta məhsuldarlıq da 3 sentner artıb və 29 sentnerə çatıb.

Rayonun əksər ərazilərində, xüsusilə Yuxarı Nemətabad, Ərəbocağı, Kotavan, Ərəb və bir sıra digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.