AQRO

29 İyun

Azərbaycanda taxıl sahələrinin 64 faizində biçin başa çatıb

Respublikada taxıl biçini davam edir. İyunun 26-na olan operativ məlumata görə, artıq 631 min 788 hektar sahədə biçin başa çatıb. Sahələrdən 2 milyon 014 min 551 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,9 sentner təşkil edir.

331 min 990 hektar sahədə arpa, 299 min 798 hektar sahədə buğda biçini aparılıb. Sahələrdən 1 milyon 030 min 492 ton arpa, 984 min 059 ton buğda yığılıb. Arpa üzrə orta məhsuldarlıq 31 sentner, buğda orta məhsuldarlıq isə 32,8 sentner təşkil edir.

Biçin prosesində 1702 kombayn iştirak edir. Onlardan 952-si fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçində “Aqroservis” ASC-nin rayon bölmələrində olan 484 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktiv biçin gedən rayonlara digər bölgələrdən 266 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 198 min 418 hektar, özəl kombaynlar ilə isə 433 min 370 hektar sahə biçilib.

Biçin davam edir.