AQRO

24 İyun

Mayda heyvandarlıq məhsulları üzrə istehsalçı qiymətləri indeksi artıb

Cari ilin may ayında aprellə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 97,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 100,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi isə 100,4 faiz olub.