AQRO

17 İyun

Azərbaycan gübrə idxalına çəkdiyi xərci 44% azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 24,4 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% azdır.

5 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 4,55 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 38,7% azdır.

Hesabat dövründə gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,55 %-ni, ixrac isə ümumi ixracın 0,06 %-ni təşkil edib.