AQRO

14 İyun

“Grow Group Azerbaijan” hazırda Avropanın 17 brendinin rəsmi təmsilsçisidir

Bakı Ekspo Mərkəzində "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri açılıb.

Fins.az xəbər verir ki, həmin mühüm sərgidə “Grow Group Azerbaijan” şirkəti də iştirak edib.

Fins.az “Grow Group Azerbaijan” şirkətinin İxrac üzrə koordinatoru Rauf Eminovla danışıb.

R.Eminov şirkətin fəaliyyəti və məhsulları haqqında məlumat verib:

Bu il “Grow Group Azerbaijan” şirkəti öz onillik yubileyini qeyd edir. Şirkət müasir avtomatlaşdırılmış istixana komplekslərinin qurulması sahəsində ixtisaslaşıb və onların istismarı üçün müxtəlif sistem, material və avadanlıqların təchizi ilə məşğuldur. Grow Group Azerbaijan hazırda Avropanın 17 brendinin rəsmi təmsilsçisidir və onların arasında “Richel”, “Paskal”, “Grodan”, “Bato”, “Bogaerts” və s. brendlər, eləcə də İsrailin “Pelemix” brendi yer alır.

Stendimizdə həmçinin bizim törəmə müəssisəmiz - həm ixrac, həm də daxili bazar üçün 20 hektardan artıq ərazidə pomidor, badımcan və bibər yetişdirən Bakı İstixana Kompleksi yer alıb. Kompleksin məhsulları ölkəmizdə yaxşı tanınan “Dörd Fəsil” brendi altında iri market şəbəkələrində təqdim olunub.

Biz ölkəmizdə sərgilərin yenidən fəaliyyətə başlamasından məmnunuq. Bu tip platformalarada istehsalçılar, təchizatçılar və istehlakçılar görüşərək fikir mübadiləsi apara və səmərəli əməkdaşlıq edə bilərlər. Təcrübə göstərir ki, “onlayn” tədbirlər ilə müqayisədə, sərgidəki “canlı” görüşlər işgüzar əməkdaşlıq baxımından daha faydalı və məhsuldardır.