AQRO

03 İyun

Masallıda indiyədək 16,4 hektar sahəyə tütün şitili köçürülüb

Masallı rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Fermerlər indiyədək 16,4 hektar sahəyə tütün şitilləri köçürüblər. Builki mövsümdə rayonda 53 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu barədə  Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, rayonda tütün yetişdirilməsi ilə əlaqədar fermerlərlə müqavilələr bağlanılıb. Cari mövsümdə sahələrə əsasən “Virciniya botaniki” növlü tütün əkilir.

Rayonun Ərkivan qəsəbə, Banbaşı, Hişkədərə, Qızılağac, Mahmudavar, Həsənli kənd ərazi icra nümayəndəliklərinin fermerləri və məhsul istehsalçıları tütün əkini kampaniyasında fəallıq nümayiş etdirirlər.