AQRO

02 İyun

Ağdaşda 650 hektar sahədə çəltik əkini nəzərdə tutulur

Ağdaş rayonunda torpaq mülkiyyətçiləri çəltik əkinini sürətlə davam etdirilər və artıq 520 hektarda əkin aparılıb.

Çəltikçilik rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Yerli düyüyə olan tələbat əkinçiləri sahələri ildən-ilə artırmağa həvəsləndirir. Ötən il 615 hektarda əkin aparan və 1924,1 ton məhsul götürən ailə fermer təsərrüfatlarının və fiziki şəxslərin cari mövsümdə sahələri genişləndirərək 650 hektara çatdıracaqları gözlənilir.

Çəltikçilik rayonun əsasən Hapıtlı, Orta Ləki, Yuxarı Nemətabad, Pirkəkə, Qaradağlı və Kotavan ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda hər yerdə əkinin vaxtında, aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün ciddi səy göstərilir. Bu kampaniya, həm də mütəxəssislərin nəzarəti altında aparılır.