AQRO

31 May

Bərdə sakinlərinin məhsulu niyə satılmır?

Bərdədə əkin sahələrində yazlıq soğanın yığımı aparılsa da, məhsulun qiyməti olduqca ucuzdur.

Soğanın sahələrdə 30-35 kiloqramlıq bir kisəsinin qiyməti 4-5 manat arasında dəyişir. Məhsulun bazarlarda pərakəndə satışı isə 20-25 qəpik arasındadır. Qiymət ucuz olsa da, məhsul sahələrdə qalıb. 

Təsərrüfat sahibləri deyirlər ki, bu il soğanın qiyməti ucuz olsa da, alıcı tapmaq çətindir. 
Soğan əkimi ilə məşğul olan təsərrüfatçılar hesab edirlər ki, məhsulun ucuzlaşmasına səbəb onun xarici bazara çıxarılmamasıdır. Xüsusilə də yanvar-fevral aylarında xarici ölkələrdən gətirilən soğanın Azərbaycan bazarına idxalı da bolluq yaradıb. Bundan başqa, sahələrdə yığımın eyni vaxtda kütləvi aparılması da qiymətə birbaşa təsir göstərib. 

Qeyd edək ki, hazırda yığımı aparılan yazlıq soğanın qalma müddəti çox azdır. Bu səbəbdən də məhsulun ən qısa zamanda satışı həyata keçirilməlidir.