AQRO

26 May

Bakının ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-aprel aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,8% artaraq 6 723,1 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, paytaxtın ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 3 545,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,7% azalaraq 3 177,4 mln. manata bərabər olub.