AQRO

21 May

Xocavənd kümçüləri 2 tondan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyublar

Ötən il baramaçılıqdan yaxşı gəlir əldə edən Xocavənd kümçüləri bu il daha çox məhsul təhvil verməyi hədəfləyiblər.

Barama yetişdirilməsi ilə əlaqədar xocavəndli kümçülərə 50 qutu (950 qram) ipəkqurdu toxumu paylanılıb. Hazırda 15 kümçü tərəfindən ipəkqurdlarının bəslənməsi davam etdirilir. Bu il rayon üzrə iki tondan çox yaş barama istehsal ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, əhalinin məşğulluğunun artırılması, sosial rifahın yüksəldilməsinə xidmət edən baramaçılığın inkişafı məqsədilə xocavəndli kümçülər üçün son beş ildə yerli və Çin Xalq Respublikasından gətirilmiş 43 min ədəd tut tingi əkilib.