AQRO

18 May

Azərbaycan ötən ay xaricə daha az çay satıb

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xaricə 389,5 ton çay ixrac edilib.

Ümumi idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalıb.

İxrac edilən məhsulun dəyəri isə 2 milyon 967,6 min dollar olub və əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 316,1 min dollar və ya 9,6 faiz azalıb.

Təkcə aprel ayında Azərbaycandan xaricə 123,8 ton çay ixrac edilib və bu məhsulun ixracından 947,8 min dollar gəlir əldə olunub. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə çay ixracını 26,4 faiz azaldıb. Bir ay ərzində əldə edilən gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb.