AQRO

17 May

Yardımlıda sarımsaq yığımına başlanılıb

Bir neçə gündür Yardımlı rayonunun tərəvəz sahələrində sarımsaq yığımına başlanılıb.

Ötən il sahələrdən bol məhsul əldə edən fermerlər bu il sarımsaq sahələrini bir qədər də genişləndiriblər. Əkilən sarımsaq bitkisinə göstərilən düzgün aqrotexniki qulluq və vaxtında zərərvericilərə qarşı aparılan tədbirlər bu il məhsuldarlığı ötən illə müqayisədə təxminən 20 faiz artırmağa zəmin yaradıb.

Rayon ərazisində əsasən dəmyə üsulu ilə becərilən sarımsağın keyfiyyəti də yüksəkdir.

Fermerlərin bol məhsul əldə etmələrinə baxmayaraq, saxlama kameralarının olmaması onların işini çətinləşdirir. Məhsul istehsalçıları yetişdirdikləri sarımsağın böyük bir hissəsini sahələrdə ucuz satmaq məcburiyyətində qalırlar.