AQRO

16 May

Azərbaycanda balıq məhsulları ucuzlaşdı

2021-ci ilin aprel ayında Azərbaycanda balıq və balıq məhsullarının qiymətində ucuzlaşma müşahidə olunur.

Dövlət Statistika Komitəsinin açıqlamasında  verilən məlumata görə, dekabrda balıq və balıq məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 99.8% olub. Belə ki, aylıq müqayisədə balıq və balıq məhsullarının qiyməti 0.2% ucuzlaşıb.

Bundan başqa, cari ilin aprel ayında ölkədə ət və ət məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 100.1% təşkil edib ki, bu da 0.1% bahalaşma deməkdir.