AQRO

07 May

Biləsuvarda indiyədək 9 min hektar sahədə yazlıq bitki əkini aparılıb

Biləsuvarda cari təsərrüfat ilinin məhsulu üçün 9 min hektardan çox sahədə yazlıq bitki əkini aparılıb.

Rayonun statistika idarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 9 min 98,3 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 50 hektarını dənli-paxlalı bitkilər, 845,8 hektarını yonca, 112 hektarını kartof, 823,3 hektarını tərəvəz, 472 hektarını şəkər çuğunduru sahəsi, 12 hektarını fistıq, 83,4 hektarını günəbaxan, 522,8 hektarını dən üçün qarğıdalı və 43,1 hektarını isə dənli bitkilər təşkil edir. Əkinçilər, həmçinin 6 min 133,9 hektar sahəyə çiyid də səpiblər.

Rayonda yazlıq bitkilərin əkini davam edir.