AQRO

05 May

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyalar - VİDEO

Azərbaycanın şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Bu kimi amilləri nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların tətbiqi günün tələbinə çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il aprelin 15-də “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Həmin il iyulun 27-də isə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün” tədbirlər planı təsdiqlənib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Fins.az-a təqdim etdiyi videoda su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların üstünlüklərindən bəhs olunur.