AQRO

03 May

Salyanda qısa müddətdə 3 min hektardan çox sahəyə çiyid səpilib

Salyanda çiyid səpini davam edir. Rayonda bu mövsüm 5 min 617 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin başlayandan indiyə qədər rayonda ümumilikdə, 3 min 480 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 200-220 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa çalışırlar.

Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırılması məqsədilə rayonda xüsusi qərargah yaradılıb.

Qeyd edək ki, ötən il Salyanda 5 min 10 hektar sahədə pambıq əkilib və 20 min 422 ton xam pambıq tədarük olunub.