AQRO

03 May

Bu il Balakəndə yaş barama istehsalının 46 tona çatdırılması proqnozlaşdırılır

Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 15 tona yaxın artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 1150 qutu ipəkqurdunun paylanılması nəzərdə tutulur.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli bildirib ki, rayonun kümçülərinə ipəkqurdlarının paylanılması prosesinə başlanılıb. İlkin mərhələdə 272 kümçüyə 815 qutu və ya 15 kiloqram 485 qram ipəkqurdu paylanılıb. Kümçülərə ipəkqurdlarının paylanılması prosesi yaxın günlərdə başa çatdırılacaq.

Xatırladaq ki, ötənilki mövsümdə rayonda 31,2 ton yaş barama istehsal edilib.