AQRO

03 May

İmişlidə cari ilin ilk üç ayında 22 min tondan çox süd istehsal olunub

İmişlidə heyvandarlıq aqrar sahənin əsas bölmələrindədir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Dövlətin fermerlərə etdiyi güzəştlər və son məhsula görə verdiyi əlavə subsidiyalar isə heyvandarlığın inkişafına güclü təkan verir. Bunun nəticəsində də rayonda mal-qaranın baş sayı ilbəil artır. Hazırda fərdi təsərrüfatlarda 95 min 589 baş iribuynuzlu mal-qara və 253 min 781 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək camışların baş sayı 40 min 678-ə çatıb.

Bu barədə rayon statistika idarəsinin rəis müavini Yaşar Hüseynov məlumat verib. Bildirib ki, cari ilin ilk üç ayı ərzində 3 min 131,6 ton ət (diri çəkidə), 5012 min 584,3 ton süd və 18 milyon 258 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 10,9 ton, süddən 22,4 ton, yumurtadan isə 6 milyon 342 min ədəd çoxdur.