AQRO

27 Aprel

Üç ayda diri çəkidə 18,9 min ton quş əti istehsal edilib

Yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 18,9 min ton (keçən il 19,1 min ton) quş əti və 183,6 milyon ədəd (keçən il 214,8 milyon ədəd) yumurta istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 307,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 54 ədəd yumurta alınıb.