AQRO

21 Aprel

Üç ayda diri çəkidə 130,4 min ton ət istehsal edilib

Yanvar-mart aylarında diri çəkidə 130,4 min ton ət, 484 min ton süd, 463,7 milyon ədəd yumurta və 80,4 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,8 faiz, tərəvəz istehsalı 1,4 faiz artıb, yumurta istehsalı isə 4,4 faiz azalıb.

2020-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,5 faiz artıb.