AQRO

21 Aprel

Türkiyədə şəhərdən kəndə köçənlərə vergi güzəşti ediləcək

Şəhər əhalisinin sıxlığı nəzərə alınaraq məskunlaşmanı tarazlaşdırmaq və kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə şəhərdən kəndə köçənlər üçün Türkiyə hökuməti tərəfindən silsilə təşviq tədbirləri həyata keçiriləcək.

“Rəsmi qəzet”də nəşr edilmiş “Ətraf Mühit və Şəhərsalma Nazirliyi” tənzimləməsinə görə, hər hansı yerin kənd ərazisi olub-olmadığı bələdiyyə məclisləri tərəfindən müəyyənləşdiriləcək.

“Sabah” qəzetinin xəbərində bildirilir ki, gəlir vergisindən azad edilmiş kiçik sahibkarlar və sadələşdirilmiş gəlir vergisi ödəyiciləri tərəfindən iş yeri kimi istifadə edilən bina, torpaq sahəsi və ərazilər, eləcə də yaşayış məqsədilə istifadə edilən binalar, kənd təsərrüfatında istifadə edilən bina, torpaq sahəsi və ərazilər əmlak vergisindən azad ediləcək.

Ticarət, sənaye və turizm fəaliyyətlərində istifadə edilən bina, torpaq sahəsi və ərazilər üçün əmlak vergisinə, həmçinin “Bələdiyyə gəlirləri haqqında” qanuna əsasən tutulan vergiyə də 50 faiz endirim ediləcək.