AQRO

16 Aprel

Azərbaycan düyü idxalını 17 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində 15 min ton düyü idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5 milyon ABŞ dolları (17,3 %) və ya 1 154 ton (8 %) çoxdur. Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42 %-ini təşkil edib.