AQRO

16 Aprel

İsmayıllıda sənaye üsulu ilə kartof əkininə başlanılıb

İsmayıllı rayonunun Taliştan kəndində kartofçuluq təsərrüfatı ilə məşğul olan fermer Vidadi Quliyev sənaye üsulu ilə əkinə başlayıb.

Ötən il də sənaye üsulu ilə əkin aparan və hər hektardan 400 sentner məhsul götürən V.Quliyev cari mövsümdə 35 hektarda kartof əkini planlaşdırıb. Ciddi hazırlıqdan sonra əkinə başlayan fermer yüksək məhsuldarlıq üçün zəruri olan lazımi aqrotexniki tədbirləri yerinə yetirir.

Fermer əkində keyfiyyətli və məhsuldar toxumlardan istifadə edir. V.Quliyev əkin sahəsini yaxın illərdə iki dəfə artırmağı planlaşdırır.