Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə qısamüddətli öhdəlikləri 2 milyon manatdan çox olub.
Fins.az bildirir ki, Renkinqə görə, bunlar “PAŞA Həyat Sığorta” (52,58 milyon manat), “PAŞA Sığorta” (14,603 milyon manat), “Qala Sığorta” (14,576 milyon manat), “Atəşgah Həyat Sığorta” (2,705 milyon manat) və “Atəşgah Sığorta” (2,104 milyon manat) ASC-lərdir.
Qalan 14 sığorta şirkətindən 4-nün qısamüddətli öhdəlikləri 1-2 milyon manat arasında, 10 şirkətin qısamüddətli öhdəlikləri isə 1 milyon manatdan azdır.