AQRO

14 Aprel

Azərbaycanın pərakəndə ticarət dövriyyəsinin dəyəri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,5 milyard manatlıq, o cümlədən 5,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,1 %, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 % azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manatla

2020-ci ilin yanvar-mart

aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi 9 524,8 98,9
o cümlədən:
ərzaq məhsulları 4 628,8 102,2
içkilər və tütün məmulatları 548,8 100,8
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 559,6 99,1
elektrik malları və mebellər 477,8 89,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 65,4 102,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 216,1 145,5
avtomobil benzini və dizel yanacağı 514,1 90,8
digər qeyri-ərzaq malları 1 514,2 90,0

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 %-i ərzaq məhsullarının, 5,8 %-i içkilər və tütün məmulatlarının, 16,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub

2021-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 25,8 %-i ticarət müəssisələri, 50,1 %-i fərdi sahibkarlar tərəfindən, 24,1 %-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,3 %, fərdi sahibkarlar üzrə 3,7 % artıb, bazar və yarmarkalarda isə 16,3 % azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 318,1 manatlıq, o cümlədən 172,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145,2 manatlıq qeyri-ərzaq malları alıb.