AQRO

09 İyul

Göyçay taxılçıları zəmilərdən 39,1 min tondan çox məhsul götürüblər

Göyçay rayonunda taxıl biçini başa çatıb və zəmilərdən 39 min 104 ton məhsul istehsal olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari mövsümdə 13 min 237 hektar sahənin məhsulu yığılıb. Biçilən zəmilərin 7166 hektarı buğda, 6971 hektarı arpadır. Hər hektarda orta məhsuldarlıq 29,5 sentner olub. Biçin kampaniyasında 40-dək kombaynın qüvvəsindən istifadə olunub. Bir sıra ərazilərdə, o cümlədən Qaraməryəm, Potu, Qarbaqqal, Ərəbcəbirli və bir çox digər ərazi dairələrində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.

Hazırda hər yerdə yay şumu çıxarılır.