AQRO

09 İyul

Bu ilin birinci yarısında Yardımlıda mal-qaranın sayı açıqlandı

Bu ilin birinci yarısında Yardımlı rayonunda iribuynuzlu mal-qaranın sayı 28843 baş, o cümlədən inək və camışların sayı 14757, qoyun və keçilərin sayı isə 87727 baş olub. Rayonda mövcud olan iribuynuzlu mal-qaranın sayından 455 baş, davarların sayından isə 6054 baş qeyri-dövlət mülkiyyətinə aid kənd təsərrüfatı fəaliyyəti ilə məşqul olan hüquqi şəxs statuslu müəssisələrin mülkiyyətindədir.

Bu barədə Fins.az-a Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

Bildirilib ki, altı ayda rayonda fəaliyyətdə olan əsas süni mayalandırma məntəqəsində 154 baş inək, camış və düyələr elit əsas yardımçı törədicilərin toxumları ilə süni mayalandırılıb. Bu ilin əvvəlindən heyvanların süni mayalanmasından alınan buzovların sayı 96 baş olub.

Bu müddətdə rayonda 12836 sentner diri çəkidə ət, 119971 sentner süd, 2800 min ədəd yumurta, 1591 sentner yun istehsal olunub.

Heyvandarlıq məhsullarının istehsalında Bozayran, Allar, Hamarkənd, Sırıq kənd inzibati ərazi dairələrində ailə təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Sahil”, “Savalan” və “Təbriz” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.