AQRO

08 İyul

Becərmə işlərinə 800 nəfərdən çox işçi qüvvəsi cəlb olunub

Zərdab rayonunda pambıq sahələrinin üçüncü kompleks becərilməsinə başlanıb və bunun üçün hər gün 800 nəfərdən çox işçi qüvvəsi, kifayət qədər texnika cəlb olunub.

Rayon İcra Hakimiyyətindən Fins.az-a bildirilib ki, pambıqçılıq Zərdabda ənənəvi təsərrüfat sahəsidir və cari ilin məhsulu üçün 2520 hektarda əkin aparılıb ki, bu da ötən ildəkindən 256 hektar çoxdur. Hazırda tarlalarda cərgə aralarına kultivasiya çəkilir, kətmənləmə aparılır, suvarma işləri davam etdirilir. Habelə, zərərverici olan trips və mənənəyə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Üçüncü kompleks becərmə tədbirləri hər yerdə, xüsusilə Bəyimli, İsaqbağı, Dəli-Quşçu, Pərvanlı və bir sıra digər ərazi dairələrində mütəşəkkil aparılır. Pambıqçılar yüksək məhsul üçün bütün qüvvələrini səfərbər ediblər.