Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 1943 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1033,9 hektar sahənin məhsulu yığılıb, 15 min tondan çox tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 145,6 sentner təşkil edir. Məhsuldarlıq əvvəlki illə müqayisədə 10,3 sentner artıb.
Bu barədə Fins.az-a Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 9 min 46 ton xiyar, 1366 ton pomidor, 216 ton kələm, 1920 ton yaşıl lobya, 812 ton baş soğan, 851 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 3360 ton kartof, 995 ton bostan məhsulları yığıblar.