AQRO

23 İyun

“KOB könüllüləri”nin fermerlərə dəstək təşəbbüsü

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış
Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına
başlanılıb.

Fins.az xəbər verir ki,bu barədə KOBİA məlumat yayımlayıb

Məlumata görə, 10 ha ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri dədəstək göstəriblər.
Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan
hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak
etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, həmçinin bu sahənin inkişafına ictimai dəstək
nümayiş etdiriblər.
Ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin
könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik
biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər.
Qeyd edək ki, KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına
müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də
sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

Müəllif:Aynur Qəniyeva