AQRO

10 İyun

Neftçalada heyvandarlıq məhsullarının istehsalı artır

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yun və yumurta istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov Fins.az-a bildirib ki, hazırda heyvandarlıq və fərdi təsərrüfatlarda 43 min 342 baş mal-qara və 144 min 874 baş qoyun-keçi saxlanılır. Qoyun və keçilərin sayı 2019-cu ilin eyni dövrünə nisbətən 5 baş çoxdur. Cari ilin ötən ayları ərzində rayonda 5 min 35,9 ton ət (diri çəkidə), 9 min 216 ton süd, 282,8 ton yun, 4 milyon 665 min ədəd yumurta istehsal olunmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 12,8 faiz, süd istehsalı 4,7 faiz, yun istehsalı 0,04 faiz, yumurta istehsalı isə 2,9 faiz çox olmuşdur.