AQRO

08 İyun

Cəlilabadda taxıl yığımına 110 kombayn cəlb olunub

Ölkəmizin iri taxılçılıq rayonlarından olan Cəlilabadda may ayının sonlarında başlanan taxıl biçini kampaniyası davam edir.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, bu il rayonda 75 min hektara yaxın sahədə taxıl əkilib. İndiyədək 54 min 979 hektar buğda sahəsinin 400 hektarının, 4608 hektar arpa sahəsinin 2300 hektarının məhsulu yığılıb. 4300 hektar vələmir sahəsində də biçin davam edir.

Buğda sahələrində hər hektarda məhsuldarlıq 32, arpa sahələrində isə 25,3 sentnerdir.

Biçin kampaniyasını optimal müddətdə başa çatdırmaq məqsədilə sahələrə 110 taxılbiçən kombayn cəlb edilib. Rayonda taxıl yığımı kampaniyası iyulun sonlarında başa çatacaq.